Canlı yayımda maraqlı anlar - Video

canli-yayimda-maraqli-anlar
Oxunma sayı: 656

“Habertürk” kanalında yayımlanan Türkiyənin nəbzi proqramında maraqlı anlar yaşanıb. 

“Qafqazinfo” xəbər verir ki, qonaqlar canlı yayımda siyasi məsələni müzakirə edən zaman situdiada fərqli səs eşidilib. Əvvəlcə səsin haradan gəldiyi bilinməsə də, daha sonra qonaqlardan birinin ayfonundakı “siri” tətbiqini açıq unutduğu və robot səsin avtomatik olaraq sualları cavablandırdığı məlum olub.

Qonaqların təəccübünü görən aparıcı Didem Arslan özünü itirməyib və tez məsələyə əl atıb. O, qonaqlara “canlı yayıma bir səs girdi, deyəsən, kiminsə telefonu açıq qalıb. Xahiş edirəm, buna diqqət edək”-deyə xəbərdarlıq edib.