Canlı yayımda Putinə etiraz

canli-yayimda-putine-etiraz
Oxunma sayı: 1885




RT Amerikanın əməkdaşı Liz Wahl bəyan edib ki, bundan sonra özünü “Putinin hərəkətlərini təmizə çıxaran” televiziyanın bir hissəsi kimi görə bilmir. O bildirib ki, onun əsli Macarıstandandır və əcdadları 1956-cı ildə Sovet qoşunları bu ölkədəki inqilaba qanlı divan tutanda Amerikaya qaçmağa məcbur olublar. Jurnalist əlavə edib ki, Rusiyanın Krımdakı siyasətini yanılış saydığından Kremlin maliyyələşdirdiyi TV kanalda işləməyə özündə mənəvi haqq görmür.

Bu haqda xəbər verən The Guardian yazır ki, Amerikada yayımlanan RT əməkdaşının Ukrayna hadisələrinə etiraz edən 2-ci əməkdaşıdır. Bundan əvvəl də kanalın populyar aparıcısı Abby Martin ssenaridən kənara çıxaraq Rusiya hökumətini tənqid edib.

2005-ci ildə yaradılan RT kanalı bu yaxnlara qədər "Russia Today" adı altında yayımlanırdı. Rusiyanın maliyyələşdirdiyi bu TV şəbəkə ingilis, ərəb və digər dillərdə dünyanın müxtəlif ölkələrində, o cümlədən də ABŞ-da yayımlanır.