Canlı yayımda vidalaşıb öləcək

canli-yayimda-vidalasib-olecek
Oxunma sayı: 6888

"Qlazqo Reyncers"dəki çıxışı ilə tanınan keçmiş futbolçu Fernando Riksen iyunun 28-də azarkeşləri və Şotlandiya xalqı ilə canlı yayımda həmişəlik sağollaşacaq.

"Qafqazinfo" xəbər verir ki, Riksen evtanaziya ediləcək. O, bir neçə ildir ki, şiddətli ağrılardan və xəstəlikdən əziyyət çəkir.

Riksen bu haqda belə deyib:

"Salam. 28 iyun mənim üçün xüsusi gündür. Bu, mənim üçün son gecə olacaq. Gəlin, bu gecəni unudulmaz edək."

Qeyd edək ki, Hollandiya millisinin keçmiş üzvü olan Riksen "Fortuna Sittard", "AZ Alkmaar", "Qlazqo Reyncers" və "Zenit" klublarının formasını geyinib.

Məlumat üçün bildirək ki, evtanaziya - sağalmaz xəstəlikdən əziyyət çəkən insanın öz razılığı ilə həyatdan məhrum edilməsidir.