Çantasından narkotika çıxdı

Çantasından narkotika çıxdı
Oxunma sayı: 408

Xaçmazın "Samur" gömrük postunda Gürcüstan  vətəndaşının üzərindəki əşyalara baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, yoxlama zamanı, həmin əşyaların arasındakı kibrit qutusunda polietilen bağlamaya qablaşdırılmış və xalis çəkisi 4,554 qram olan narkotik maddə - metadon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi