Çarlz Menson öldü

carlz-menson-oldu
Oxunma sayı: 2463

Dünyanın məşhur seriyalı qatili Çarlz Menson həbsxanada 84 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Mensonun öz əcəli ilə öldüyü bildirilir. Kaliforniya hökuməti qatilin meyiti, rəsmlər və iki gitarasından ibarət olan əmlakı ilə nə edəcəyinə hələ qərar verməyib. 

Qeyd edək ki, “Ailə” adlı qruplaşma yaradan Menson 35 insanın qətlində ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilib. 

Ən məşhur qurbanı isə kinorejissor Roman Polanskinin arvadı, kinoaktrisa Şeron Teyt olub. Aktrisa 1969-cu ildə evində 4 qonağı ilə birgə qətlə yetirilmişdi.