“Cartier”, “Chopard” brendlərini Bakıdan sənədsiz çıxarıb... - 37 milyonluq qaçaqmal

“Cartier”, “Chopard” brendlərini Bakıdan sənədsiz çıxarıb...
Oxunma sayı: 1804

Rusiya gömrükçüləri məşhur zərgərlik brendlərinin idxalı və satışı ilə məşğul olan qaçaqmalçıların fəaliyyətinin qarşısını alıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, müsadirə edilən Cartier, Graff, Damiani, Van Сleеf, Chopard brendlərinə aid qiymətli zərgərlik məmulatlarının ümümi dəyəri 1,2 milyard rubl ( təxminən 37 milyon manat) təşkil edib. 

Qeyd edilir ki, dəstə beynəlxalq səviyyədə işləyib. Belə ki, sənədsiz və xüsusi etiketlərsiz məhsullar İtaliya, İsrail, Türkiyə və Azərbaycandan Rusiyaya aparılıb. Həmin məhsullar Moskvanın ticarət mərkəzləri və zinət mağazalarında satışa çıxarılıb. 

Qaçaqmal dəstə 6 ildir ki, bu bizneslə məşğul olub. 

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi