CASCFEN İH beynəlxalq qurumun rəhbəri ilə görüşdü

cascfen-ih-beynelxalq-qurumun-rehberi-ile-gorusdu
Oxunma sayı: 640

CASCFEN sədri Azər Həsrət bildirib ki, başçılıq etdiyi təşkilat hər zamankı kimi beynəlxalq qurumlarla işbirliyi məsələlərinə önəm verir. O, deyib ki, “Azərbaycanda media sahəsində baş tutan islahatlar, ümumilikdə medianın həll etməli olduğu məsələlər yalnız qarşılıqlı anlaşma və dialoqun gərəkli olduğundan xəbər verir”.

“Biz əlimizdən gələni edirik ki, jurnalistlərin və ümumilikdə medianın problemlərini hay-küylə deyil, müvafiq dövlət qurumları və media ictimaiyyətinin birgə səyləri ilə çözək”, - deyə Azər Həsrət bildirib.

Öz növbəsində xanım Alison da rəhbərlik etdiyi qurumun CASCFEN kimi təşkilatlarla işbirliyinə hər zaman önəm verdiyini, bu təşkilatın dövlət qeydiyyatına alınaraq hüquqi müstəvidə fəaliyyətə başlamasının faydalı olduğunu deyib.

Daha sonra çıxış edən CASCFEN İdarə Heyətinin üzvü Elşad Paşasoy qəzetlərin, həmçinin bütövlükdə jurnalistlərin üzləşdiyi problemlər barədə qonağa bilgi verərək bu cür məsələləri ümumilikdə Azərbaycanın faydasına çözmək üçün çalışmağın zərurətini dilə gətirib.

CASCFEN sədrinin müavini Nadir Azəri isə bildirib ki, Azərbaycan dövləti jurnalistlərin və medianın inkişafı üçün ildən-ilə daha çox dəstək olur və bu da nəticə etibarilə media təmsilçilərinin rifah halının yüksəlməsinə gətirib çıxarır.

CASCFEN İH-nin digər üzvü Nüşabə Hüseynli isə media etikası, ümumilikdə peşəkarlığın yüksəldilməsində beynəlxalq qurumların, o cümlədən BMİ-nin görə biləcəyi işlərdən faydalanmağın vacibliyini bildirib.

CASCFEN sədrinin digər müavini Rey Kərimoğlu isə bildirib ki, təcrübədən çıxış edərək medianın üzləşdiyi problemlərin həllində yıxıcı deyil, qurucu mövqedən çıxış etməyin daha faydalı olacağına inanır.

CASCFEN İH-nin üzvü Qalib İbrahimoğlu da həmkarlarının fikirlərini paylaşdığını qeyd edib.

Sonda xanım Alison bildirib ki, bütün məsələlərlə bağlı qeydlər götürüb və konkret təkliflər olacağı təqdirdə onların gerçəkləşməsi üçün rəhbərlik etdiyi qurumun imkanlarından istifadəni təklif etməyə hazırdır.