“Caspian NavTel”-in qalibləri

caspian-navtel-in-qalibleri
Oxunma sayı: 795

Şirkətin baş ofisindən “Qafqazinfo”ya verilən məlumata görə, müsabiqədə 7 (yeddi) müəllif iştirak etmiş, lakin şirkət daxilində yaradılan komissiyanın birinci yerə layiq gördüyü yazı olmadığından, mükafatlar yalnız ikinci və üçüncü yerlərin qaliblərinə təqdim olunub.

Belə ki, ikinci yerin qalibi Qafqazinfo.Az portalında Elbrus Ərud imzası ilə dərc olunmuş “Taksi 6” hekayəsi; üçüncü yerin qalibi isə Kultura.Az portalında, Seymur Əliyev imzası ilə dərc olunan “Moy naviqator «CNT 900»” məqaləsidir.

Elbrus Ərudun müəllifi olduğu “Taksi 6”, bütün yazılar içərisində şirkət adı hallanmadan, sadəcə finalda naviqatordan bəhs olunan və gizli PR-ın bütün prinsip və qaydalarına riayət olunaraq yazılan hekayə olduğu üçün ikinci yerə layiq görülüb.

Seymur Abdullayevin müəllifi olduğu “Moy naviqator «CNT 900»” məqaləsi isə, “Caspian NavTel” şirkətinin iş prinsiplərini, müştəri xidmətlərinin və servisin səviyyəsini gözəl əks etdirdiyi üçün üçüncü yerə layiq görülüb.

Müvafiq olaraq qaliblərə 350 və 200 AZN məbləğində mükafatlar, şirkətin baş ofisində təqdim olunmuşdur.