Castinin konsertinə planlaşdırılan teraktın qarşısı alınıb - Foto

Castinin konsertinə planlaşdırılan teraktın qarşısı alınıb
Oxunma sayı: 1213

Müğənni Castin Biberin konsertində terror aktı törətməyi planlaşdıran 17 yaşlı britaniyalı gənc həbs edilib.

“Qafqazinfo” xəbər verir k, bu barədə “Telegraph” nəşri məlumat yayıb.

Məlumata əsasən, o özünün İslam Dövlətinin əsgəri olduğunu qeyd edib. Uelsdə planlaşdırdığı terrorun Suriya və İraqın bombalanmasına cavab olduğunu vurğulayıb.

Saxlanılan Lloyd Qantonun evində axtarış zamanı çantanın içərisində bıçaq və çəkic tapılıb. Onun soyuq silahları avtomobili kütlənin üzərinə sürdükdən sonra istifadə etmək istədiyi məlum olub.

Artıq məhkəmə L. Qantona ömürlük həbs cəzası verib. O, yalnız 11 ildən sonra azad olunması üçün yenidən məhkəməyə müraciət edə bilər.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi