Casus polkovnik-leytenant ilə bağlı Medvedyevə müraciət edildi

casus-polkovnik-leytenant-ile-bagli-medvedyeve-muraciet-edildi
Oxunma sayı: 632

“Qafqazinfo”nun “Panoramo.am” saytına istinadən verdiyi xəbərə görə, hərbiçinin valideynləri Rusiya diplomatlarının bu məsələyə iki ölkə arasında Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı danışıqlarla əlaqədar olaraq qarışmadıqlarını bildiriblər. “Qafqazskiy uzel” saytının yazdığına görə, Rusiya vətəndaşı, Rusiya ordusunun podpolkovniki Polad Qasımovla bağlı məsələ Yekatirina Zatuliveter və Anna Çapmanla müqayisədə ölkə mediasında geniş işıqlandırılmır.

Qeyd edək ki, Azərbaycanın hərbi məhkəməsinin qərarı ilə sabiq rus polkovnik-leytenantı Polad Qasımov casusluq üstündə 12 il azadlıqdan məhrum etmə cəzası alıb. Bakıda isə Qəbələ RLS-in keçmiş işçisi Federal Təhlükəsizlik Bürosunun əməkdaşı olmaqda və Rusiyaya gizli məlumatlar ötürməkdə ittiham olunub.

Hərbiçinin anası 3 il ərzində Medvedevə məktub göndərdiyini, lakin heç bir cavab almadığını bildirib. Məktubda Azərbaycanda həbs olunan hərbiçinin anası Raisə Qasımova rusiyalı diplomatları passivlikdə günahlandırıb: “Tacikistandakı diplomatlar problemi yarım ilə, Amerikada isə bir həftəyə həll etdilər. Azərbaycanda isə artıq 4-cü ildir ki, uğursuz cəhdlər olur”. Bununla da Raisə Qasımova Özbəkistanda rusiyalı pilotlar və ABŞ-da casusluqda ittiham olunanların azad olunmasına işarə edib.

O, həmçinin qeyd edib ki, Qasımovun casusluğu ilə bağlı heç bir sübut yoxdur və bu qalmaqal Azərbaycanda antiqəbələ və antirusiya əhval-ruhiyyəsi ilə bağlı olaraq Qəbələ RLS-lə bağlı ticarət, şantaj və təzyiq artırmağa yönəlib.

Səidə