“Çatışmayan bir şey varsa, o da ədalətdir”

catismayan-bir-sey-varsa-o-da-edaletdir-
Oxunma sayı: 758


“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib. N.Məmmədovun fikrincə, bu, dünyada beynəlxalq münasibətlərdə hökm sürən ədalətsizliyin bariz nümunəsidir: "Bu gün təəssüflər olsun ki, beynəlxalq münasibətlərdə çatışmayan mühüm bir şey varsa, o da ədalətdir. Həm dövlətlərarası, həm beynəlxalq münasibətlərdə sözdə, bəyanatlarda, kitablarda, çıxışlarda ədalət haqqında danışılır, amma real proseslərdə bu, yoxdur. Bunu ən böyük nümayiş etdirən faktorlardan biri budur ki, bizim ərazilərimiz - Dağlıq Qarabağ və ətrafında olan 7 rayon artıq 20 ildən artıqdır ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır".

PA rəsmisi beynəlxalq dairələri Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkününün insan hüquqlarının pozulmasına baxmayaraq, bu barədə susmaqda ittiham edib: "Mən demirəm Azərbaycanda hər şey ideal formadadır. Müəyyən məsələlər ola bilər. Hər hansı insanla bağlı, adicə küçədə baş verən hadisə ilə bağlı bir şey olanda müxtəlif tərəflərdən hay-küy qaldırırlar ki, bu adamın hüquqları pozulub. Əgər bu tərəflər, bu dairələr doğrudan da, insan hüquqlarından danışmaq istəyirlərsə, ona hörmət etdiklərini bildirmək istəyirlərsə, onda Azərbaycanın 1 milyondan artıq, 20 ildən çox bir müddətdə bütün fundamental hüquqlardan məhrum olmuş köçkün və qaçqınları haqqında sözünü desinlər. Təəssüflər olsun ki, bunu da demirlər. Bax, bu, dünyanın bir daha ədalət anlayışına yanaşmasının mahiyyətini ortaya qoyur".