Cavablar açıqlandı

cavablar-aciqlandi
Oxunma sayı: 1072


TQDK-dan Trend-ə verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 14-də keçirilib.

Bu il III qrup üzrə 28939 abituriyent ərizə təqdim edib. Onlardan 26776 nəfəri Azərbaycan bölməsinin, 2163 nəfəri isə rus bölməsinin məzunudur.

Hazırda III ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı aparılır. İmtahan nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.