Cavablar çıxdı

cavablar-cixdi
Oxunma sayı: 1324

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı, Sumqayıt, Abşeron şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.

“Qafqazinfo” DİM-in saytına istinadən xəbər verir ki, nəticələr bu gün saat 16:45-dən etibarən yerləşdirilib. 

İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.

9-cu sinif şagirdlərindəm imtahanda iştirakı nəzərdə tutulan 341, 11-ci sinif şagirdlərindən isə  354 nəfəri imtahana gəlməyib. Ümumilikdə 34 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.