Cavanşir anasını itirdi

cavansir-anasini-itirdi
Oxunma sayı: 790

“Qafqazinfo”nun məlumatına görə, ötən gecə Cavanşir anasını itirib. Mərhum Şirvan şəhərində dəfn edilib. Onun yanında sənət dostlarından yalnız duet ortağı Mehirimdən başqa heç kim olmayıb.

Onu da deyək ki, Cavanşir Babəlioğlunun anası Mətanət Məmmədova 51 yaşında dünyasını dəyişib.

Cavanşir deyir ki, anası ölməzdən əvvəl ondan “oğlum, sənin Flora Kərimova ilə duetin hazır oldu?” deyə soruşub. Cavaşir də ona cavab olaraq: “Artıq hazırdır, studaiyda son səs yazmanı etdik” deyib.

Aynur Babayeva