Cavanşirin “Müsahibə”si – Mahnı

cavansirin-musahibesi-mahni
Oxunma sayı: 721

“Müsahibə” adlanan mahnının musiqisi bir çox hitlərə imza atan bəstəkar Hatəm Nəbioğluna, sözləri Nurlan Hatəmoğluna məxsusdur. Ad günü ərəfəsində aldığı hədiyyələrdən ən dəyərlisinin yenı mahnısı olduğunu vuğulayan ifaçı “Müsahibə”nin qeyri-adiliyindən də danışdı: “Bu dəyərli əsərə görə dostlarım Hatəm və Nurlana təşəkkür edrəm. Mahnı çox gözəl alınıb, düşünürəmki, bundan sonra kimsə Cavanşirin səsi yoxdur kəlməsini işlədə bilməyəcək. Çünki bu mahnı artıq danışanların cavabını verəcək.

Mahnı insanın daxilində olan özü ilə söhbətlərindən bəhs edir. Yəni daxildə olan Keçmiş jurnalist Cavanşir bu gün müğənni kimi fəaliyyət göstərən Cavanşirə suallar verir, müğənni də sözugedən sualları cavablandırır. Bu mahni musiqi dünyasında da bir yenilikdir. İndiyə kimi hələ olmayibki müğənni özü-özünə suallar versin və daha sonrada o sualları cavablandirsin. Çünki heç belə bir müğənni də doğulmayibki, keçmişində jurnalist olsun. Hər zaman yenilik axtarışındayam, istəmirəm təkrarçı olum, ferqliliyim də ondadirki, terzim başqadı, bəziləri kimi kimisə yamsılamlram, kimisə təkrarlamıram,öz yaşadıqlarımı, öz tərzimdə ifa edib, sevənlərimə çatdırıram”.