Cavez dördüncü dəfə prezident oldu

cavez-dorduncu-defe-prezident-oldu
Oxunma sayı: 644

Nəticələr elan olunandan sonra paytaxt Karakasda Chavevez-in tərəfdarları küçələrə çıxıb.

Seçki Şurasının rəhbəri Tibisay Lucena səslərin 90 faizinin sayıldığını, Chavez-in səslərin 54,42%, Capriles-in isə 44,97%-ni qazandığını bildirib.

Keçən il xərçəng xəstəliyinə tutulan 58 yaşlı Chavez xəstəlikdən tamam sağaldığını bildirir.
Chavez 1998-ci ildən hakimiyyətdədir.

Seçkilərin nəticələri elan olunandan sonra onunla yaxın əlaqələri olan Argentina prezidenti Cristina Fernandez de Kirchner öz twitter-ində «Sizin qələbəniz bizim qələbəmizdir» yazıb.

Chavez-in 6 il davam edəcək yeni prezidentliyi yanvarın 10-dan başlayacaq.