Cavid Qurbanov ailə qurub

Cavid Qurbanov ailə qurub
Oxunma sayı: 982

Azərbaycanda yüksək çinli məmur ailə həyatı qurub. “Qafqazinfo” xəbər verir ki, “Azəryol Servis” ASC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov bu günlərdə ikinci dəfə ailə həyatı qurub. Xatırladaq ki, bir neçə il əvvəl Cavid Qurbanovun həyat yoldaşı ağır xəstəlikdən vaxtsız vəfat edib.

Millət vəkili ikinci evlilik həyatını Azərbaycanın Avstriyadakı sabiq və mərhum səfir Fuad İsmayılovun həyat yoldaşı ilə qurub. Qeyd edək ki, Fuad İsmayılov da ağır xəstəlikdən sonra 2011-ci ildə dünyasını dəyişib.

Cavid Qurbanov ikinci evliliyini yaxın çevrəsinin iştirakı ilə təmtəraqdan uzaq rəsmiləşdirib.

Allah xoşbəxt eləsin!


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi