Cavid Qurbanov Avstriya Dəmir Yollarının sədri ilə görüşüb

cavid-qurbanov-avstriya-demir-yollarinin-sedri-ile-gorusub
Oxunma sayı: 1953

Azərbaycan Dəmir Yolları” QSC-də “Avstriya Federal Dəmir Yolları” (ÖBB) SC-nin sədri Andreas Mattenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanda həyata keçirilən islahatlar çərçivəsində qeyri-neft sektorunun prioritet sahələrindən biri olan dəmir yolu nəqliyyatı sisteminin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, daşımaların təhlükəsizliyinin artırılması, respublikamızdan keçən nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətində görülən işlər başlıca vəzifələrdən biridir. 

Sonra ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.

Andreas Matte çıxış edərək bildirib ki, son illər Azərbaycan ilə Avstriya arasında hər sahədə, o cümlədən iqtisadi sahədə əlaqələr  genişlənir və Avstriya tərəfi olaraq əlaqələrin intensivləşdirilməsində maraqlıdırlar.

Görüşdə Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) prezidenti Gerald Gerstbauer iştirak edib.