Cavid Qurbanovun təşkilatından “bizlik deyil” açıqlaması

cavid-qurbanovun-teskilatindan-bizlik-deyil-aciqlamasi-
Oxunma sayı: 1151


“Qafqazinfo”nun xəbərinə görə, bunu “APA”ya açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, qeyd edilən ərazidə söküntü işləri gedir: “Sökülən materialların daşınması üçün istifadə edilən ağır tonnajlı maşın səkinin üstünə çıxıb. Nəticədə ehtimal ki, kommunikasiya quyusunda çökmə olub. Bu hadisə səkidə baş verib, yolun hərəkət hissəsində deyil. “Azəryolservis” ASC, ümumiyyətlə, səkilərə xidmət etmir, biz ancaq yolun hərəkət hissəsinə cavabdehik”.

Qeyd edək ki, Həsən Əliyev-25 ünvanında gedən əsaslı təmir işləri ilə əlaqədar səkiyə çıxan dolu yük maşını səkinin çökməsinə səbəb olub.