Çavuşoğlu Afrin əməliyyatının bitəcəyi tarixi açıqladı

Çavuşoğlu Afrin əməliyyatının bitəcəyi tarixi açıqladı
Oxunma sayı: 2958

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatının bitəcəyi tarixi açıqlayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Naziri Vyanada səfəri zamanı açıqlama verib.

Nazir “Zeytun budağı” əməliyyatının maya qədər bitəcəyini vurğulayıb. O, bənzər əməliyyatın İraqda da baş tuta biləcəyini söyləyib.

“Bununla bağlı İraqın baş naziri Heydər Əl Abadi ilə eyni fikirdəyik. Əməliyyatlar birlikdə keçiriləcək. İraq hökuməti də ölkəni bütün terror təşkilatlarından təmizləmək istəyir”,-deyə Çavuşoğlu bildirib.

M. Çavuşoğlu Türkiyənin hər iki əməliyyatı eyni zamanda apara biləcək gücə sahib olduğunu da vurğulayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi