Çavuşoğlu İsraili lənətlədi - “Qətliamdır”

cavusoglu-israili-lenetledi
Oxunma sayı: 1911

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qəzzada İsrail əsgərlərinin fələstinli etirazçıları atəşə tutmasına münasibət bildirib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlu İsrailin bu addımını “qətliam” adlandırıb:

“İsrail qüvvələrini və İsrail hökumətini lənətləyirəm. Bu, qətliamdır. Bunun da səbəbkarı ABŞ-dır. Amerika hüquqazidd şəkildə Tel-Əvivdəki səfirliyini Qüdsə köçürdü. Beynəlxalq hüquq normalarını və tarixi reallıqları heç saydılar. Dərhal addımlar atılmalıdır. Fələstinlilər bomba, raket atmırlar ki... Sivil qaydada yürüş edirlər. Belə davam edərsə, bölgə fəlakətə sürüklənəcək”. 

Qeyd edək ki, fələstinlilər Qəzzada ABŞ-ın səfirliyini Qüdsə köçürməsinə etiraz edirlər. İsrailin etirazçıları atəşə tutması nəticəsində 37 nəfər ölüb. 

Nuranə