Çavuşoğlu Pompeo ilə görüşdü

cavusoglu-pompeo-ile-gorusdu
Oxunma sayı: 852

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Mayk Pompeo ilə görüşüb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, Vaşinqtonda bir araya gələn nazirlərin görüşü 45 dəqiqə çəkib. Tərəflər ikitərəfli və regional məsələləri müzakirə edib, İstanbulda öldürülən jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı fikir mübadiləsi aparıblar. 

Görüşdən sonra açıqlama verən Pompeo ölkəsinin Səudiyyə Ərəbistanına dəstək olduğunu, Qaşıqçının öldürülməsinə baxmayaraq, Ər-Riyadla güclü müttəfiqliyə davam edəcəklərini bildirib.