Çavuşoğlunu yola saldılar

cavusoglunu-yola-saldilar-
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, AŞ PA prezidentliyinə Jan-Klod Minyonun namizədliyi qurumda təmsil olunan Avropa Xalq Partiyası siyasi qrupu tərəfindən irəli sürülmüşdü. O, AŞ PA-nın Monitorinq, Siyasi və İnstitusional məsələlər komitələrinin üzvü, eləcə də qurumun 1-ci vitse-prezidenti və Büro üzvü olub. Minyon 1993-cü ildən AŞ PA-nın üzvüdür.

Prosedura görə, qış sessiyasında AŞ PA prezidenti ilə yanaşı, vitse-prezidentlər də seçilib.
Xatırladaq ki, AŞ PA-nın səlahiyyət müddəti başa çatan prezidenti Mövlud Çavuşoğlu bu vəzifəyə 2010-cu ilin yanvar ayında iki il müddətinə seçilmişdi.
Qeyd edək ki, AŞ PA prezidentliyinə namizəd qurumda təmsil olunan siyasi qruplar arasında əldə edilmiş razılığa əsasən, rotasiya şəklində irəli sürülür. AŞ PA sədri bu posta iki il müddətinə seçilir