Çavuşoğlunun Azərbaycana səfəri başlayıb - Foto

cavusoglunun-azerbaycana-seferi-baslayib
Oxunma sayı: 1442

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda səfərdədir.
 
“Qafqazinfo”nun məlumatına görə, XİN rəhbəri noyabrın 30-da Pakistan və Azərbaycan xarici işlər nazirləri ilə birgə üçtərəfli görüşə qatılacaq.

Bundan başqa, M. Çavuşoğlu 30 noyabr – 1 dekabr tarixlərində Bakıda keçiriləcək “Asiyanın ürəyi – İstanbul prosesi” yeddinci nazirlər toplantısında iştirak edəcək.