Tovuzda çayda batan 20 yaşlı oğlanın meyiti tapılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə avqustun 29-da baş verib.
1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunurdu. Artıq onun axtarışları başa çatıb.
Aşkar edilmiş meyitin E.Quliyevə aid olduğu müəyyən olunub.