Çaylarda su sürətlə artır

Çaylarda su sürətlə artır
Oxunma sayı: 389

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 90-160, Kiçik Qafqazın çaylarında 170-200, Lənkəran-Astara bölgəsi çaylarında  100-120, Naxçıvan MR çaylarında isə 150  faizini təşkil edir.

“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin  məlumatına görə, fevralın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 190 m3/s olmaqla ongünlük normanın 98 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 108 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 67 m3/s təşkil edərək ongünlük normanın 88  faizinə bərabər olub.

Fevralın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 14, Salyanda 16, Bankədə 17, Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində 24 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 409 sm (2017-ci il fevralın 23-də 466 sm), Şirvanda 293 sm (2017-ci il fevralın 23-də 365 sm), Salyanda 241 sm (2017-ci il fevralın 23-də 325 sm), Bankədə 213 sm (2017-ci il fevralın 23-də 240 sm), Araz çayının Novruzlu məntəqəsində isə 140 sm (2017-ci il fevralın 23-də 188 sm) təşkil edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi