Çaylardan nə xəbər?

caylardan-ne-xeber
Oxunma sayı: 686

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo” ya daxil olan məlumata görə, araşdırmanın nəticələrinə görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-240, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara bölgəsi çaylarında 20-160, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil edib.

Yanvarın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3, Qanıx çayının Əyriçay məntəqəsində 2 santimetr artım müşahidə olunub.

Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilmişdir. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 10 santimetr artım qeydə alınıb.

Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 439, Şirvanda 332, Salyanda 326, Bankədə 255, Araz çayının Novruzlu məntəqəsində isə 220 santimetrdir.

Günel