Çayların suyu artacaq

Çayların suyu artacaq
Oxunma sayı: 227

Ölkə ərazisindəki çaylarda sululuğun artacağı gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, yaxın 2-3 gün ərzində gözlənilən yağışlı hava şəraiti ilə əlaqədar əsasən, Böyük Qafqazın və Lənkəran-Astara zonasının çaylarında artım baş verəcək.

Daha çox artımın Lənkəran-Astara çaylarında qeydə alınacağının gözlənildiyini deyən A.Verdiyev bu artımın da qısamüddətli olacağını, subasmalara səbəb olmayacağını söyləyib.

Baş hidroloq qeyd edib ki, ümumiyyətlə, Lənkəran-Astara zonası çaylarında ən yüksək sululuq oktybar-noyabr aylarında müşahidə edilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi