Cəbhə bölgəsində gərgin vəziyyət

cebhe-bolgesinde-gergin-veziyyet
Oxunma sayı: 660

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 3-də saat 14.30-dan 14.35-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi;

- saat 19.05-dən 19.10-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;

- saat 21.45-dən 21.55-dək və 22.40-dan 23.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;

- saat 12.55-dən 13.15-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 13.30-dan 13.40-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 09.45-dən 09.50-dək, aprelin 4-də 00.50-dən 01.00-dək və 00.30-dan 00.40-dək Ağdam rayonunun Yusifcanlı və Şirvanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 00.10-dan 00.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.