Cəbhə bölgəsində seminar olub

cebhe-bolgesinde-seminar-olub
Oxunma sayı: 653

Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənən “Gələcək üçün: Zərərli vərdiş və riskli davranışlardan imtina” layihəsi çərçivəsində keçirilən seminar 9 saylı Qayıdış qəsəbəsində baş tutub. Seminarda qəsəbədə yaşayan gənclər iştirak edib.

Təşkilatın koordinatoru Mirmehdi İbişov seminarda “Zərərli vərdişlər, onların yaratdığı problemlər” mövzusunda çıxış edib. Cəbhə bölgəsində yaşayan gənclərin asudə vaxtlarının səmərəli təşqkil olunması üçün şəraitin yoxluğundan danışan məruzəçi deyib ki, bu səbəbdən problem sözügedən bölgədə daha çox diqqəti cəlb edir.

Seminarda İctimai Birlik tərəfindən layihə çərçivəsində hazırlanmış çap məhsulları iştirakçılara paylanıb. Bundan başqa diskussiya təşkil olunub, problemdən çıxış yolu ilə bağlı iştirakçıların təklifləri dinlənilib.