Cəbhə xəttində monitorinq keçiriləcək

cebhe-xettinde-monitorinq-kecirilecek
Oxunma sayı: 637

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Xristo Xristov keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, və onun səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas keçirəcəklər.
Monitorinq zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin işğal olunmuş ərazilərdən təmas xəttinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətində olan tərəfinə keçmələri nəzərdə tutulur.