Cəbhə xəttində qan töküldü

cebhe-xettinde-qan-tokuldu
Oxunma sayı: 2111


“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Xocavənd rayonunda yerləşən "N" saylı hərbi hissəsində əsgər, 1992-ci il təvəllüdlü Anar Bayram oğlu İbrahimov postda olarkən tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan atəş açılıb.

Nəticədə güllə onun əsgər yoldaşı, 1994-cü il təvəllüdlü əsgər Şamxal Vüqar oğlu Cəfərova dəyib. Cəfərov aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər. Nazirlikdən bildiriblər ki, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.