Cəbhəçinin oğluna 8 il həbs verildi

cebhecinin-ogluna-8-il-hebs-verildi
Oxunma sayı: 639

APA-nın cənub bürosunun məlumatına görə, Xamməd Nuriyevin sədrliyi ilə keçən prosesdə V. Mirələmov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Cəlilabad rayonunun Şatırlı kəndində anadan olmuş, şəhərin 7 saylı orta məktəbinin VIII sinfində oxuyan Vasif Təzəxan oğlu Mirələmov ötən il aprelin 5-i saat 11.30 radələrində şəxsi münaqişə zəminində həmin məktəbin X sinif şagirdi, 1995-ci il təvəllüdlü Cavanşir Həsən oğlu Həsənliyə bıçaqla ağır bədən xəsarəti yetirib. Qaraciyərindən yaralanan C. Həsənli Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına aparılarkən çoxlu qan itirdiyindən yolda dünyasını dəyişib. Hadisəni törətmiş V. Mirələmov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunmaqla barəsində cinayət işi açılıb.

Qeyd edək ki, Vasif Mirələmov Azərbaycan Xalq Cəbhəsi Partiyasının Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmlinin, Cavanşir Həsənli isə rayon polis şöbəsinin keçmiş əməkdaşı Həsən Həsənlinin oğludur.