Cəbhədə atəşkəs pozulub

cebhede-ateskes-pozulub
Oxunma sayı: 638

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-də saat 15.40-dan 15.45-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.10-dan 23.20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.15-dən 23.20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.