Cəbhədə atəşkəs yenə pozuldu

cebhede-ateskes-yene-pozuldu
Oxunma sayı: 644

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Barekamavan, işğal olunmuş Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Şıxlar, Cəvahirli, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.