Cəbhədə atışma olub

cebhede-atisma-olub
Oxunma sayı: 660

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, saat 15:45-dən 15:55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16:10-dan 16:20-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub.

Ermənilər həmçinin saat 20:55-dən 21:05-dək, 23:30-dan 23:40-dək Ağdam rayonunun Cəvahirli və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 16:15-dən 16:35-dək, 16:45-dən 17:05-dək və yanvarın 28-də saat 03:30-dan 03:45-dək Tərtər rayonunun Göyarx, Nəmirli və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.