Cəbhədə gərginlik - - 2 erməni hərbçisi öldürüldü+yenilənib

cebhede-gerginlik-
Oxunma sayı: 2681



Virtualaz.org saytının xəbərinə görə, bu məlumatı özünün facebook səhifəsində Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan yayıb.

Erməni mənbələri təmas xəttinin bu hissəsində iyunun 20-nə keçən gecə Azərbaycan ordusunun “diversiya həmləsi etdiyini, bir erməni hərbçisinin öldüyünü, Azərbaycan tərəfin 3 hərbçi itirdiyi”ni iddia edir.

A.Ovanisyan bildirir ki, Seyran Ohanyan döyüş mövqelərinə baş çəkərək mühəndis-istehkam işləri ilə tanış olub, döyüş növbəsi çəkən əsgərlərlə söhbət edib, zabitlərə tapşırıqlar verib.

Ohanyanın baş çəkdiyi ərazidə erməni postları dəniz səviyyəsindən 3 min metr yüksəklikdədir.

***

Cəbhə xəttində Azərbaycan əsgərləri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisi zərərsizləşdirilib.

"Qafqazinfo" xəbər verirk i, APA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, erməni hərbçilərinin biri iyunun 19-da Qarabağda, digəri isə iyunun 20-də Naxçıvan Muxtar Respublikası ilə sərhəddə öldürülüb.

 Həlak olmuş hərbi qulluqçuların adları hələlik açıqlanmayıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan mətbuata açıqlamasında faktı təsdiqləyib.

 Qeyd edək ki, iyunun 5-də Naxçıvan Muxtar Respublikası istiqamətində də Ermənistan Ordusunun iki hərbçisi öldürülüb.