Cəbhədə güclü partlayış

cebhede-guclu-partlayis
Oxunma sayı: 5315


“Qafqazinfo” Anspress-ə istinadən xəbər verir ki, Tovuz rayonunun cəbhə xəttinə yaxın yerləşən Əlibəyli kəndində partlamamış mərmi fəlakətə səbəb olub.  Tovuz Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Bunlar Bakı şəhər Nərimanov rayon sakini 2007-ci il təvəllüdlü Xanbabayev Tuncay Rövşən oğlu, onun bacısı 2003-cü il təvəllüdlü Xanbabayeva Nərmin və qohumları 1971-ci il təvəllüdlü Əlibəyli kənd sakini Əliyeva Dürdanədir. 

Partlayış Xanbabayev İslam Salman oğluna məxsus evdə axşam saatlarında baş verib. 

Yaralılar dərhal Tovuz mərkəzi rayon xəstəxanasına çatdırılıblar. Daha sonra uşaqlar həkimlərin müşayiəti ilə Bakıya göndəriliblər. D.Əliyevanın vəziyyəti isə nisbətən yüngül olduğu üçün o Tovuz xəstəxanasında müalicəsini davam etdirir. 

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə İslam Xanbabayevin həyətində tikinti işləri aparılarkən baş verib. Bu zaman onun qonağı Bakı şəhər sakini Tuncay Xanbabayevin tapdığı iriçaplı patron partlayıb.

Xatırladaq ki, Əlibəyli kəndi təmas xəttinə ən yaxın olan kəndlərdən biridir. Ermənilər müntəzəm olaraq adıçəkilən istiqamətdə atəşkəs rejimini pozur, mülki vətəndaşları, evləri atəşə məruz qoyurlar. Mart ayında da partlamamış sursat Əlibəylidə partlayışa səbəb olmuşdu. 

Partlayışa səbəb ev sahibinin mənzili isitmək üçün sobaya atdığı odun olub. Belə ki, odun parçasının içərisidə mərmi qaldığı üçün o alova düşən kimi güclü partlayışa yol açıb.