Cəbhədəki atışma ilə bağlı Ermənistanda cinayət işi açıldı

cebhedeki-atisma-ile-bagli-ermenistanda-cinayet-isi-acildi
Oxunma sayı: 3435


“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Müdafiə Nazirliyi Azərbaycan dövlətini stabilliyi pozmağa cəhd etməkdə ittiham edib. İnsidentlə bağlı qarşı tərəf artıq cinayət işinin (milli, irqi, dini səbəblərdən ictimai təhlükəli üsullu adam öldürmə maddəsi) açıldığını da bəyan edib. 

Qeyd edək ki, erməni mətbuatı dünən səhər saatlarında cəbhədə atəşkəsin pozulması nəticəsində bir erməni əsgərinin öldüyünü, birinin isə yaralandığını bildirmişdi. Azərbaycan Müdafiə Nazirliyi isə yayılan məlumatı təkzib edərək dezinformasiya olduğunu qeyd etmişdi.