Ceceli ilə Çinarə bir arada - Sevgililər günündə...

ceceli-ile-cinare-bir-arada
Oxunma sayı: 3071

Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli İstanbulda konsert verib. “Qafqazinfo” xəbər verir ki, Bostançı Şou Mərkəzində baş tutan musiqili gecədə azərbaycanlı müğənni Çinarə Məlikzadə də çıxış edib.

Ceceli ilə Məlikzadə duet oxuduqları “Vurulmuşam o yara” mahnısını ifa ediblər. Çinarə konsertdən çəkilən fotoları səhifəsində paylaşıb.

O, paylaşıma “Həyatımda görmədiyim xoşbəxtliyi mənə yaşatdığınız üçün sizə sonsuz təşəkkürlər, qiymətlim” şərhini yazıb.

Qeyd edək ki, musiqili gecə Sevgililər günündə baş tutub.