Çeçen nazir də azərbaycanlılarla insidentə münasibət bildirdi

cecen-nazir-de-azerbaycanlilarla-insidente-munasibet-bildirdi
Oxunma sayı: 6312

Rusiyada çeçenlərlə azərbaycanlılar arasında yaşanan insident barədə Çeçenistan rəsmisi də açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki,  Çeçenistanın mətbuat və informasiya naziri Cambulat Umarov Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun  olayla bağlı açıqlamasına münasibət bildirib. O, Çeçenistan rəhbərliyinin fevralın 14-ü baş vermiş olaydan məlumatlı olduğunu, münaqişənin təfərrüatlarının aydınlaşdırıldığını deyib:

“Biz  davanın səbəbkarlarını axtarırıq. Baş vermiş hadisəyə görə təəssüf edirik”.

Qeyd edək ki, Əli Həsənov hadisəylə bağlı açıqlamasında Azərbaycan və çeçen xalqları arasında əlaqələrin tarixin sınağından çıxdığını və nümunəvi xarakter daşıdığını qeyd etmişdi.