“Cek” qaçaqmal yaxaladı

cek-qacaqmal-yaxaladi
Oxunma sayı: 1625

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda  qaçaqmal yaxalanıb.

“Qafqazinfo” xəbər verir ki, Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Omega" markalı nəqliyyat vasitəsinə "Cek" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib. 

Kinoloji xidmət itinin reaksiyasına əsasən avtomobilin ön və arxa oturacaqlarının söykənəcəklərinin içərisindən və yük yerindən gömrük nəzarətindən gizlədilən, üzərində "Korsarka" sözləri yazılan 28 qutu pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.