Ceki Çan daha kinoya çəkilməyəcək

ceki-can-daha-kinoya-cekilmeyecek
Oxunma sayı: 753

Yüz minlərlə insanın sevimlisi olan məşhur aktyor Ceki Çan kinodan getmək qərarına gəlib. “Qafqazinfo”nun ANS PRESS-ə və Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, aktyor bundan sonra həyatını xeyriyyəçiliyə həsr etməyi planlaşdırır.

Qeyd edək ki, Ceki Çan 12 yaşından kinolara çəkilir. O, karyerası ərzində bir dəfə də olsun pis rol ifa etməyib. "Dünyada heç bir məbləğdəki qonorar məni kinoda belə olsa cinayətkar olmağa məcbur edə bilməz", - deyə Ceki Çan bildirib.