Çəkiliş meydançasında dava - İşdən qovuldu

cekilis-meydancasinda-dava
Oxunma sayı: 3645

TRT-də yayımlanan “Kalk Gidelim” serialının çəkiliş meydançasında qalmaqal meydana gəlib. “Qafqazinfo” xəbər verir ki, ekran işində Canberk obrazını canlandıran Onur Seyit Yaranla ssenarist Baykut Badem arasında mübahisə yaranıb.

Buna səbəb isə B. Bademin prodüser xanımının çalışdığı aktyor-aktrisalara daha çox səhnə yazmasıdır. 

Baş verən münaqişədən sonra aktyor serialdan uzaqlaşdırılıb.  O, “Kalk Gidelim”in sezon finalından sonra tamaşaçılarla vidalaşacaq. Seyit Yaran yeni mövsümdə layihədə yer almayacaq.