Çəkiliş meydançasında gərgin anlar - Fotolar

cekilis-meydancasinda-gergin-anlar
Oxunma sayı: 5411

Türkiyəli aktrisa Nurgül Yeşilçayın yeni serialı “Gülperi”nin çəkiliş meydançasında gərgin anlar yaşanıb.  “Qafqazinfo” xəbər verir ki,  aktrisa İstanbulun Bebek ərazisində reallaşan çəkilişdə media nümayəndələrini görərək əsəbiləşib. 

Nurgül fotoqrafların onu çəkməyini istəməyib və işə mühafizə xidmətini qatıb.  Fasilə zamanı mühafizəçilərin mətbuat orqanlarına müdaxiləsi sərt olub. Hər iki tərəf arasında mübahisə yaranıb. 

Qeyd edək ki, serial Fatma Girikin 1982-ci ildə rol aldığı “Gülsüm ana” filmindən bəhrələnərək ərsəyə gəlib.