Cəlilabad sakinindən 4 kiloqrama yaxın tiryək götürüldü - Foto

celilabad-sakininden-4-kiloqrama-yaxin-tiryek-goturuldu
Oxunma sayı: 3754

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Cəlilabad rayon sakini Fərhad Mikayılov saxlanılıb.

Araşdırmalarla onun külli miqdarda narkotik vasitəni rayonun Qurtuluş küçəsindəki çoxmənzilli binanın zirzəmisində gizlətdiyi müəyyən edilib. Orada gizlətmiş olduğu 4 bükümdə, ümumi çəkisi 3 kiloqram 770 qram olan narkotik maddə tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.