Cəlilabadda 15 yaşlı oğlan intihar edib

celilabadda-15-yasli-oglan-intihar-edib
Oxunma sayı: 1515

Cəlilabad rayonunda 15 yaşlı oğlan intihar edib.

“Qafqazinfo”nun “Report”a istinadən verdiyi xəbərə görə, rayonun Qarazəncir kənd sakini, 2003-cü il təvəllüdlü Həmid Xəlil oğlu Həsənov xeyli sayda dərman preparatı qəbul edib. Halı pisləşən H.Həsənov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İntiharın səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.