Cəlilabadda 3 otaqlı ev yandı

celilabadda-3-otaqli-ev-yandi
Oxunma sayı: 783

Cəlilabad rayonunun Hacıcavadlı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

“Qafqazinfo” FHN saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.