Cəlilabadda açıq ürək əməliyyatı keçirildi

celilabadda-aciq-urek-emeliyyati-kecirildi
Oxunma sayı: 1013

ARDNŞ Sosial İnkişaf İdarəsi mətbuat xidmətinin rəisi Əmrah Fəqanoğlunun “Qafqazinfo”uya verdiyi məlumata görə, bölgədə ilk dəfə olaraq tətbiq olunan bu əməliyyatlar ümumilikdə 11 nəfəri əhatə edəcək ki, onların 8-i anadangəlmə ürək qüsurundan əziyyət çəkən, uzun illər müalicəsi aparılmayan xəstələrdir. Əməliyyatların icrasına MNX-nın Ürək-Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tıbb elmləri namizədi Rəşad Mahmudov rəhbərlik edir. Əməliyyat olunacaq şəxslər arasında anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar da var.
6 günlük aksiyanın proqramında Cəlilabad MDM-də “Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi” mövzusunda telekörpü ilə canlı konfrans da yer alıb. İyunun 22-də regionlar üzrə ilk dəfə olaraq keçiriləcək tədbir Dövlət Neft Şirkəti və Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Nigar Məmmədli