Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb

celilabadda-axtarisda-olan-narkotacir-saxlanilib
Oxunma sayı: 2473

Cəlilabad rayon polis şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib. 

“Qafqazinfo” xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və 18.08.2017-ci ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 318.1, 234.4.1, 312.1, 206.3.2, 334.4.3-cü maddələri ilə axtarışda olan İqbal Həsənov rayon ərazisində saxlanılıb.

İrandan külli miqdarda narkotik vasitəni qanunsuz şəkildə ölkə ərazisinə keçirərək satışını həyata keçirən İ. Həsənov saxlanılaraq istintaqa təhvil verilib.